Qazaxıstanda yol qəzasında 6 Özbəkistan vətəndaşı ÖLDÜ – VİDEObackend

Qazaxıstanda yol qəzasında 6 Özbəkistan vətəndaşı ÖLDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda baş verən yol qəzasında 6 Özbəkistan vətəndaşı ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb. Bildirilir ki, Qazaxıstanın Manqistau vilayətində minik və yük maşınının iştirakı ilə qəza baş verib. Nəticədə 6 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

Polis idarəsinin məlumatına görə, qəzada iştirak edən 10 nəfərin hamısı Rusiya Federasiyasından Özbəkistana gedən Özbəkistan vətəndaşları olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az