“Qazprom” kütləvi ixtisarlara hazırlaşır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, “Qazprom” kütləvi ixtisarlar edəcək.
Bu barədə məlumat şirkət daxilində ötən cümə günü yayılmağa başlayıb. Mərkəzi aparatın işçiləri demək olar ki, yarıya endirilə bilər, 4100 min nəfərdən 2500 min nəfərə qədər.
Təklifi Aleksey Millerə dekabrın sonunda korporasiyanın idarə heyətinin sədr müavini Yelena İlyuxina göndərib.
O, 20 il ərzində “Qazprom” administrasiyasının işçilərinin sayının bir neçə dəfə artdığını və əmək haqqı fondunun hazırda ildə 50 milyard rubl təşkil etdiyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az