Qəddar ögey ana EDAM EDİLDİ – 12 yaşlı qızı dəhşətli işgəncələrlə ÖLDÜRÜB – FOTObackend

Qəddar ögey ana EDAM EDİLDİ – 12 yaşlı qızı dəhşətli işgəncələrlə ÖLDÜRÜB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində ögey ana edam edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.

Çində 12 yaşlı ögey qızı Syuyə qarşı xüsusi qəddarlıq nümayiş etdirərək onun ölümünə səbəb olan qadın edam edilib.

Dəhşətli hadisə 2024-cü ildə baş verib.

Məlumata görə, qadın 17 gün ərzində azyaşlıya ağlasığmaz işgəncələr verib.

O, uşağı tualetə bağlayıb saxlayıb, mütəmadi döyüb, ac saxlayıb, bədənini yandırıb və minlərlə işlədici dərman (laxative) qəbul etməyə məcbur edib.

Qızın doğma atasının baş verənlərə müdaxilə etmədiyi bildirilir.

Nəticədə 12 yaşlı qız dözülməz şəraitdə, öz ifrazatı içərisində dünyasını dəyişib.

Xuraman Etibarlı

İnterpress.az