ŞABAK rəhbəri vəzifəyə təyin olunduqdan sonra ilk xarici səfərini Misirə edib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. İsrail xüsusi xidmət orqanının rəhbəri David Zini Qəzzada atəşkəsin ikinci mərhələsini müzakirə etmək üçün Qahirəyə gedib.
İsrailin Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) rəhbəri Zini Misirə səfər edib və səfər çərçivəsində Misir kəşfiyyatının rəhbəri Rəşadla görüşüb.
Tərəflər Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Qeyd olunur ki, bu, Zininin ŞABAK rəhbəri vəzifəsinə təyin olunduqdan sonra həyata keçirdiyi ilk xarici səfərdir.
Xatırladaq ki, Rəşadla əvvəlki görüş cari ilin 21 oktyabrında İsraildə baş tutmuşdu.
Xuraman Etibarlı
İnterpress.az






