Qırğızıstan, Özbəkistan və Tacikistandan Rusiyaya gedənlərin sayı KƏSKİN AZALDIbackend

Qırğızıstan, Özbəkistan və Tacikistandan Rusiyaya gedənlərin sayı KƏSKİN AZALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan, Özbəkistan və Tacikistandan Rusiyaya əmək miqrasiyasının səviyyəsi azalıb.

İnterpress.az xəbər verir ki, Qırğızıstan, Özbəkistan və Tacikistanın hakimiyyət orqanları Rusiyaya əmək miqrasiyasının azalması ilə bağlı həyəcan təbili çalır.

Bu ölkələrdə miqrantların pul köçürmələrinin həcmi ÜDM-in əhəmiyyətli hissəsini təşkil edir.

Bu ölkələrin getdikcə daha çox vətəndaşı Böyük Britaniya, Cənubi Koreya, Fars körfəzi ölkələri və Aİ-də iş axtarır.

Bununla belə, Beynəlxalq Miqrasiya Təşkilatı Mərkəzi Asiya ölkələrinə pul köçürmələrinin axınının sabit qaldığını və hətta artım tendensiyası nümayiş etdirdiyini bildirir.

Xuraman Etibarlı

İnterpress.az