Qırğızıstan “sovet” soyad sonluqlarını dəyişmək qərarına gəlib.
İnterpress.az xəbər verir ki, bu barədə qırğız mediası məlumat yayıb. Bildirilir ki, Qırğızıstan parlamenti Sovet İttifaqı dövründə qəbul edilmiş soyad və ata adının “ov”/”ova” və “viç”/”vna” sonluqları ilə əvəzlənməsinə icazə vermək üçün ölkə vətəndaşları üçün soyad dairəsinin genişləndirilməsini təklif edib.
Qanun layihəsində “uulu” (oğullar üçün), “qızı” (qızlar üçün) və “tegi” (və ya nəslini ifadə etmək üçün “tegin”) sonluğu olan yeni variantlar təqdim edilir.
Xuraman Etibarlı
İnterpress.az