Bişkekdəki Manas hava limanında uçuş-enmə zolağında təyyarə yan tərəfə çevrilib.
İnterpress.az xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən “Manas” Beynəlxalq Hava Limanında “TezJet” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qalxışa hazırlaşarkən insident baş verib.
İlkin məlumata görə, təyyarənin arxa şassisi qalxışdan əvvəl sınıb. Uçuş zolağında sürət yığan hava gəmisi dərhal dayandırılıb, nəticədə təyyarə yan tərəfə əyilərək sol qanadı ilə yerə toxunub.
Hadisədən sonra təyyarədə olan 181 sərnişin xüsusi şişmə təxliyə trapları vasitəsilə təhlükəsiz şəkildə təyyarədən çıxarılıb.
Məlumata əsasən, bəzi sərnişinlər yüngül xəsarətlər və kəsiklər alıblar. Təyyarə ölkədaxili reys həyata keçirirdi.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






