Axtarışda olan cinayətkar təşkilatın lideri Yunanıstanda saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Adana valiliyi “cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq” maddəsi ilə “qırmızı bülleten”lə axtarışda olan cinayətkar təşkilatın lideri Ramazan Bayqaranın Yunanıstanda tutulduğunu və Türkiyəyə ekstradisiya olunduğunu açıqlayıb.
Xuraman Etibarlı
İnterpress.az