Qırmızı meydanda milli geyimdə rəqs edən qız SAXLANILDI: “Ekstremizm” CƏRİMƏSİ – VİDEObackend

Qırmızı meydanda milli geyimdə rəqs edən qız SAXLANILDI: “Ekstremizm” CƏRİMƏSİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada Qırmızı Meydanda ənənəvi rus geyimində rəqs edən qız saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Moskvanın Qırmızı meydanında milli rus geyimində və “kokoşnik”də olan bir gənc qız “Matuşka Zemlya” mahnısının sədaları altında rəqs etmək qərarına gəlib. Lakin paytaxt polisi bu hərəkətə dərhal reaksiya göstərib.

“Cinayət yerinə” dərhal 3 polis ekipajı gəlib və qıza qarşı Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.2.2-ci maddəsi ilə (icazəsiz kütləvi aksiya) protokol tərtib edilərək cərimə kəsilib.

Qızın hərəkəti “icazəsiz ekstremist aksiya” kimi qiymətləndirilib.

Hadisənin ən çox müzakirə edilən tərəfi isə polisin ikili standartı olub.

Belə ki, həmin vaxt meydanda olan bir qrup hindistanlı turist səsucaldan cihazı qoşaraq böyük izdihamla rəqs etməyə başlayıb.

Lakin polis əməkdaşları onlara heç bir irad bildirməyib, əksinə, mane olmamaq üçün onlardan bir qədər uzağa çəkiliblər.

Milli geyimdə rəqs edən rus qızına qarşı göstərilən sərt münasibət sosial şəbəkələrdə geniş narazılığa səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az