Qızılın bir unsiyasının qiyməti ilk dəfə 2 100 dolları keçibbackend

Qızılın bir unsiyasının qiyməti ilk dəfə 2 100 dolları keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya bazarında qızılın qiyməti təxminən 1 % artaraq tarixdə ilk dəfə 1 unsiyası 2 100 ABŞ dollarını keçib.

İnterpress.az xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 17,7 ABŞ dolları və yaxud 0,85 % bahalaşaraq 1 unsiyası 2 107,15 ABŞ dolları olub.

Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 0,1 % artaraq 1 unsiyaya görə 25,32 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, dekabrın 13-də ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti iclası keçiriləcək.