Qonşularla gərginlik İranı geri salırbackend

Qonşularla gərginlik İranı geri salır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran demək olar ki, qonşu dövlətlərin əksəriyyəti ilə münasibətlərində problemlər yaşayır. Heç şübəsiz ki, bu onun regionda təcrid edilməsinə, müəyyən mənada baş verən müsbət iqtisadi dəyişiklik layihələrində iştirakına əngəl yaradır. İran bunları gözə alaraq nəticə çıxartmalıdır. Bu siyasətin sonunda uduzan tərəf İran olacaq”.

 

Bu fikirləri Bakı Dövlət Universitetinin dekanı Vüqar Zifəroğlu İranın qonşu dövlətləri ilə münasibətlərində problemlər yaşadığı barədə Modern.az-a danışarkən bildirib.

 

Onun sözlərinə görə, münasibətlərin gərginləşməsi İrana çox ciddi iqtisadi və siyasi ziyan vuracaq:

“İranın son aylarda açıq şəkildə aqressiv siyasət yürütməsi və eyni zamanda istər İran mediasında yayımlanan məqalələr, istər İran rəsmilərinin verdiyi aqressiv bəyanatlar heç də mehriban qonşuluq münasibətlərinə uyğun olmayan göstəricidir.

Mən düşünürəm ki, İran aqresiv ritorikanı bir kənara qoyub, daha çox qonşuları ilə o cümlədən Azərbaycanla səmimi və işgüzar münasibətlərin bərpa edilməsi istiqamətində səy göstərməlidir.

 

Ümumiyyətlə, hər bir ölkə üçün öz qonşuları ilə münasibətlərini daim yüksək səviyyədə saxlamalıdı.

Amerika Birləşmiş Ştatları ilə Vyana razışalmasından çıxmasından sonra İran iqtisadiyyatında son dərəcə ciddi tənəzzül yaşanır. İranla bağlı xəbərləri izləyərkən bunun canlı şahidi oluruq. İstər İran milli valyutasının məzənnəsini itirməsi, istər İranda kifayət qədər ciddi sosial problemlərin olması, istər işsizlik sayının günü-gündən artması. Qonşu dövlətlərlə münasibətləri belə kəskinləşdirməkdə İran daha çox iqtisadi və siyasi nöqteyi-nəzərdə geri düşə bilər.”.