Qorxunc HADİSƏ: Yanan maşında qalan 7 yaşlı uşaq son anda XİLAS EDİLDİ – VİDEObackend

Qorxunc HADİSƏ: Yanan maşında qalan 7 yaşlı uşaq son anda XİLAS EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrkutskda 7 yaşlı uşaq yanan maşında diri-diri yanmaqdan son anda xilas edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın İrkutsk şəhərində 7 yaşlı uşaq avtomobildə az qala diri-diri yanacaqdı, lakin futbol məşqçisinin sayıqlığı nəticəsində xilas edilib.

Hadisə anası oğlunu işlək vəziyyətdə olan avtomobildə qoyub, qızını gimnastika dərnəyindən götürməyə gedərkən baş verib. Qəfildən minik avtomobili alışmağa başlayıb.

Xoşbəxtlikdən, idman kompleksinin məşqçilərindən biri yanğını görüb. O, dərhal qapını açmağa çalışsa da, bu, mümkün olmayıb.

Köməyə yoldan keçənlər gəlib. Onlar birlikdə çəkiclə avtomobilin şüşəsini sındırıb və uşağı yanan maşının salonundan uşaq oturacağı (avtokreslo) ilə birlikdə çıxararaq xilas ediblər.

Xuraman Etibarlı

İnterpress.az