Qrenlandiyada YER ÇATIŞMAZLIĞI: Danimarka əsgərləri sovet gəmisində QALACAQbackend

Qrenlandiyada YER ÇATIŞMAZLIĞI: Danimarka əsgərləri sovet gəmisində QALACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarka Qrenlandiyaya sovet gəmisi göndərib.

İnterpress.az xəbər verir ki, bu barədə “BILD” nəşri məlumat yayıb.

ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı güclə ilhaq etməyəcəyinə dair vədinə baxmayaraq, Danimarka Arktikada hərbi iştirakını artırmağa davam edir.

Son dövrlərdə yüzlərlə Danimarka əsgəri materikdən Uzaq Şimala köçürülüb və yeni qüvvələrin gəlişi gözlənilir.

Adanın paytaxtı Nuuk şəhərində ciddi yer qıtlığı yarandığından, ordu rəhbərliyi hərbçiləri otellərdə və turistik mənzillərdə yerləşdirmək məcburiyyətində qalıb.

Yaranmış problemi həll etmək üçün SSRİ dövründə inşa edilmiş “Ocean Endeavour” kruiz gəmisi bölgəyə göndərilib.

Məlumata görə, 1762 tonluq nəhəng gəmi həftə sonu Nuuk limanında lövbər salaraq 150 Danimarka əsgəri üçün üzən kazarma rolunu oynayacaq.

Vesselfinder məlumatlarına görə, gəmi yanvarın 23-də Fransanın Uistream limanından Arktikaya doğru yola çıxıb.

Danimarka ordusu rəsmən təsdiqləyib ki, gələn il keçiriləcək “Arctic Endurance” təlimlərində iştirak edəcək hərbçilər fevralın əvvəlindən etibarən bu gəmidə məskunlaşacaqlar.

Bildirilib ki, gəminin icarəyə götürülməsi paytaxtın mənzil fonduna düşən yükü azaltmağa və hərbçilərin daha yaxşı şəraitdə qalmasına imkan verəcək.

Xuraman Etibarlı

İnterpress.az