Qreta Tunberq Almaniya hökumətini İsraili dəstəklədiyinə görə tənqid edib.
İnterpress.az xəbər verir ki, bazar ertəsi Berlində İsrailin Qəzza zolağında hadisələrin başlamasının ildönümünə həsr olunmuş “Fələstinlə həmrəylik” şüarı altında Fələstin tərəfdarları mitinq keçirilib.
İştirakçılar arasında Almaniyanın siyasətini tənqid edən isveçli ətraf mühit fəalı Qreta Tunberq də olub.
“Almaniya İsrail dövləti tərəfindən həyata keçirilən işğal və soyqırımı maliyyələşdirərək və qanuniləşdirərək soyqırımın iştirakçısına çevrilir”, – fəal deyib.
O, həmçinin dinc nümayişçilərə qarşı qəddar rəftardan qəzəbləndiyini bildirərək, Almaniya polisinin hərəkətlərinə diqqət çəkib.
Tunberq uzun müddətdir ki, İsrailin Fələstini işğal etməsinin tənqidçisi olub, İsraili Qəzza zolağında açıq şəkildə soyqırım və müharibə cinayətlərində ittiham edib.
Xuraman Etibarlı
İnterpress.az