Qulaqlıqlar kişilərdə hormonal balansı pozur.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər niderlandlı alimlərin araşdırmasına istinadən məlumat yayıb.
Niderlandlı alimlər qulaqlıqlardan istifadənin insan sağlamlığına və hormonal balansına təsiri ilə bağlı apardıqları tədqiqatın nəticələrini açıqlayıblar.
Məlum olub ki, bəzi cihazların istehsalında istifadə olunan materiallar orqanizmin hormonal sisteminə ciddi zərbə vurur.
Tədqiqat nəticəsində müəyyən edilib ki, bir sıra qulaqlıqların tərkibindəki materiallar kişi hormonu olan testosteronun səviyyəsini azaldır.
Eyni zamanda, bu cihazlar qadın hormonu olan estrogni təqlid edən kimyəvi maddələr ifraz edir.
Alimlərin fikrincə, bu cür kimyəvi təsirlər uzunmüddətli perspektivdə kişilərdə hormonal pozuntulara və müxtəlif fəsadlara yol aça bilər.
Mütəxəssislər texnoloji cihazları seçərkən onların hazırlandığı materialların keyfiyyətinə diqqət yetirməyi tövsiyə edirlər.
Xuraman Etibarlı
İnterpress.az






