Qunduzların “TƏXRİBATI”: 13 min insan rabitəsiz qalmaq təhlükəsi ilə ÜZLƏŞDİbackend

Qunduzların “TƏXRİBATI”: 13 min insan rabitəsiz qalmaq təhlükəsi ilə ÜZLƏŞDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qunduzlar Arxangelsk vilayətinin 13.000 sakininə xidməti demək olar ki, kəsib.

İnterpress.az xəbər verir ki, Rusiyanın Arxangelsk vilayətində qeyri-adi hadisə baş verib.

Məlumata görə, Yeni il ərəfəsində qunduzlar iki dairənin sərhədində yerləşən magistral kabeli gəmirərək sıradan çıxarıblar. Bu “dişli təxribatçılar” ucbatından az qala 13 min abunəçi rabitəsiz qalacaqdı.

Qəzanın yerini müəyyən etmək mütəxəssislər üçün çətin olub. Sonda məlum olub ki, qırılma nöqtəsi Süma çayı yaxınlığındakı yarğanın dibində, yeraltı axarda yerləşir.

Gecə vaxtı və ərazinin keçilməz olmasına baxmayaraq, mütəxəssislər 110 metr uzunluğunda yeni kabel çəkərək problemi həll ediblər.

Təmir işləri gedən müddətdə əlaqə ehtiyat kanal vasitəsilə təmin edilib.

Xuraman Etibarlı

İnterpress.az