Türkiyə Qaqauziyanı dəstəkləyir.
interpress.az xəbər verir ki, bunu Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul “NEWS ru” internet nəşrinə müsahibəsində deyib. O bildirib ki, Türkiyə Qaqauziyanı dəstəkləyir, prezident Rəcəb Tayyib Ərdoğan isə qaqauz xalqını “kiçik qardaş” hesab edir.
“Türkiyə mütəmadi olaraq digər ölkələrin türkdilli xalqları ilə müntəzəm görüşlər keçirir və dialoq aparır. Üç aydan bir İstanbula türkdilli xalqların bələdiyyələrinin qurultayına gəlirik”, – Qutsul qeyd edib.
Türkiyə prezidentinin qaqauz xalqını kiçik qardaş hesab etdiyini deyən Qutsul Ankaranın yarandığı gündən Qaqauz muxtariyyətinin hər zaman yanında olduğunu vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az