Region gəncləri Azərbaycan Gəncləri Gününü qeyd edib – FOTOLARbackend

Region gəncləri Azərbaycan Gəncləri Gününü qeyd edib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ulu Öndər Heydər Əliyev tərəfindən təsis edilən Azərbaycan Gəncləri Günündə ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan gənclər bir araya gələrək, həm əyləncəli, həm də maarifləndirici fəaliyyətlərdə iştirak ediblər.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsinin təşkilatçılığı ilə keçirilən bu fəaliyyətlər gənclərin asudə vaxtlarını səmərəli keçirmələri, bilik və bacarıqlarını artırmaları, həmçinin sosial fəallıqlarını artırmaları üçün geniş imkanlar yaradıb.

Gənclər ilk olaraq, dövlət gənclər siyasətinin banisi Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq, Ulu Öndəri bir daha dərin ehtiramla yad ediblər.

Daha sonra 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənclərlə görüşlər keçirilib. Görüşlərdə günün əhəmiyyəti, dövlət gənclər siyasəti, region gənclərinin inkişafı haqqında müzakirələr aparılıb, il ərzində fəaliyyətlərdə aktivlikləri ilə fərqlənən gənclər təltif edilib. Gənclər üçün intellektual yarışlar, veloyürüşlər və musiqili-əyləncəli proqram təşkil olunub.

GİKM komandası olaraq, cəmiyyətimizin ayrılmaz hissəsi olan gənclərimizi təbrik edir, onlara uğurlar, yeni nailiyyətlər və daim inkişafda olmalarını arzulayırıq!