Regionda MÜHARİBƏ RİSKİ: BƏƏ İranın raket sistemlərini zərərsizləşdirmək NİYYƏTİNDƏDİRbackend

Regionda MÜHARİBƏ RİSKİ: BƏƏ İranın raket sistemlərini zərərsizləşdirmək NİYYƏTİNDƏDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BƏƏ İranın raket obyektlərinə zərbə endirmək imkanlarını nəzərdən keçirir.

İnterpress.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) öz milli təhlükəsizliyini qorumaq məqsədilə İranın raket obyektlərinə hərbi zərbələr endirmək ehtimalını dəyərləndirir.

Bu addım İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumlarından sonra Əbu-Dabinin regiondakı təhdidləri yenidən analiz etməsi fonunda gündəmə gəlib.

Məlumata görə, BƏƏ hakimiyyəti ölkənin təhlükəsizliyini təmin etmək üçün İranın raket potensialına qarşı mümkün cavab hərəkətləri də daxil olmaqla bir sıra kəskin tədbirləri masaya yatırıb.

Regionda gərginliyin artması ərəb ölkələrini öz müdafiə strategiyalarını daha aqressiv formaya salmağa sövq edir.

Xuraman Etibarlı

İnterpress.az