Rusiyada keçmiş deputatın helikopter qəzasında ölməsi ilə bağlı cinayət işi açılıb.
İnterpress.az xəbər verir ki, Rusiyanın Perm diyarında ağır aviasiya qəzası baş verib.
Məlumata görə, “Robinson” markalı helikopter “Aşatli-park” istirahət mərkəzinin yaxınlığında qəzaya uğrayıb.
Hava gəmisi kanat yolunun trosuna ilişərək yerə düşüb.
Faciə nəticəsində keçmiş deputat İlyas Qimadutdinov və onun həmkarı Elmir Konyakov həlak olublar.
Faktla bağlı cinayət işi açılıb. İstintaqın əsas versiyaları kimi təhlükəsizlik qaydalarının pozulması və texniki nasazlıq nəzərdən keçirilir.
Xuraman Etibarlı
İnterpress.az






