“Roblox” BLOKLANACAQ – Dövlət Dumasından XƏBƏRDARLIQbackend

“Roblox” BLOKLANACAQ – Dövlət Dumasından XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur oyunun 13 yaşlı qızın anasını öldürməsi ilə əlaqəsi sübut olunarsa, ölkə üzrə bloklanacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasından bildirilib.

Məlumata əsasən, “Roblox” oyun platforması Rusiyada tezliklə bloklana bilər. Bildirilir ki, əgər istintaq “Roblox”un uşaqları cinayətə, pedofiliyaya və digər qanunsuz əməllərə cəlb etdiyini sübuta yetirsə, qadağa tətbiq ediləcək.

Məsələnin aktuallaşmasına səbəb bu yaxınlarda Sankt-Peterburqda baş verən dəhşətli hadisə olub.

İstintaqın versiyasına görə, 13 yaşlı məktəbli qız anasını məhz oyundakı ssenari əsasında öldürüb və mənzili yandırıb.

Hazırda ekspertiza davam edir, lakin əlaqə rəsmi şəkildə təsdiqlənərsə, “Roblox” bütün ölkə ərazisində söndürüləcək.

Qeyd edək ki, daha əvvəl “Atalar yanındadır” (“Otsı ryadom”) hərəkatının fəalları “Roskomnadzor”a müraciət edərək oyuna “18+” yaş məhdudiyyəti qoyulmasını və uşaqlar üçün qadağan edilməsini təklif etmişdilər.

Xuraman Etibarlı

İnterpress.az