Rumıniya Azərbaycanlıları Birliyinin təşəbbüsü ilə bu ölkənin https://news24hours.ro xəbər portalında “Ermənistan Azərbaycanın Qarabağ bölgəsində basdırılmış minalar xəritələrini paylaşmaqdan imtina edir” sərlövhəli məqalə yerləşdirilib.
Məqalədə ölkəmizin işğaldan azad edilmiş ərazilərinin iri mina çirklənməsi ilə üz-üzə olduğu, məglubiyyətə uğramış Ermənistan silahlı qüvvələrinin bu ərazilərə yerləşdirdikləri minalarla Azərbaycanın mülki vətəndaşlarını və əsgərlərini öldürmək kimi məkrli məqsədlər güddüyü, rəsmi İrəvanın beynəlxalq humanitar hüquqa və 10 noyabr tarixli üçtərəfli razılığa zidd olaraq minalanmış ərazilərin xəritəsini verməkdən imtina etdiyi nəzərə çatdırılıb.
Qeyd edilib ki, bu yolverilməz hərəkəti və davranışı ilə Ermənistan həmişə olduğu kimi dağıdıcılıq mövqeyini nümayiş etdirir: “Ermənistan azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtmasını çətinləşdirməyi və təxirə salmağı hədəfləyən cinayət törədir”.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://news24hours.ro/article/18156
İnterpress.az