Rumıniya prezidentliyinə namizəd Kalin Georgescu ölkədə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, siyasətçi dindirilmək üçün Baş Prokurorluğa aparılır.
Təfərrüatlar hələlik məlum deyil.
O, əvvəllər seçkilərin birinci turunda qalib gəlmişdi, lakin “Rusiyanın namizədə təsiri səbəbindən” ləğv edilib.
Xuraman Etibarlı
İnterpress.az