Rusiya ABŞ-yə Ukraynanın işğal olunmuş ərazilərinin mineral ehtiyatlarında pay TƏKLİF ETDİbackend

Rusiya ABŞ-yə Ukraynanın işğal olunmuş ərazilərinin mineral ehtiyatlarında pay TƏKLİF ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ABŞ-yə işğal olunmuş Donbass və Zaporojye ərazilərinin mineral ehtiyatlarında pay təklif edib.

İnterpress.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.

Kəşfiyyatla tanış olan ABŞ rəsmiləri nəşrə bildiriblər ki, saziş hazırda müzakirə olunur və ABŞ bu variantı istisna etmir.

Ehtimal olunur ki, belə bir addım Rusiyanın ələ keçirilən rayonlar üzərində nəzarətini möhkəmləndirə, həmçinin Trampın Ukrayna ilə bağlı mövqeyinə təsir göstərə bilər.

“Tramp biznesmendir və Putin bunu başa düşərək strateji mübadilə təklif etdi”, – NBC keçmiş amerikalı diplomatdan sitat gətirib.

Xuraman Etibarlı

İnterpress.az