Rusiya aviasiya eskadrilyasının qərargah rəisi öldürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna tərəfi məlumat yayıb. Məlumata görə, Rusiya aviasiya eskadrilyasının qərargah rəisi Dmitri Qolenkov öldürülüb.
Onun meyiti Bryansk yaxınlığındakı Suponevo kəndindəki alma bağında tapılıb. Qolenkovun çəkiclə aldığı çoxsaylı kəllə-beyin xəsarətlərindən öldüyü güman edilir.
Rusiya tərəfi hələlik məlumatı şərh etməyib.
Bildirilir ki, Qolenkov Şaykovka aerodromunda yerləşən və Tu-22M3 bombardmançıları ilə silahlanmış Rusiya Aerokosmik Qüvvələrinin 52-ci ağır bombardmançı alayının pilotu olub.
Ukrayna xüsusi xidmətinin (QRU) məlumatına görə, pilot Kremençuqdakı Amstor ticarət mərkəzinə raket hücumunda iştirak edib və orada 22 nəfər həlak olub.
QRU həmçinin iddia edir ki, Qolenkov 2023-cü il yanvarın 14-də Dnepropetrovskda yaşayış binasına 6-sı uşaq daxil olmaqla 46 mülki şəxsin ölümünə səbəb olan raket hücumuna görə məsuliyyət daşıyır.
Xuraman Etibarlı
İnterpress.az