Rusiya Bakıdan Rus Evi ilə bağlı nota aldığını TƏSDİQLƏDİbackend

Rusiya Bakıdan Rus Evi ilə bağlı nota aldığını TƏSDİQLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Bakıdan Rus Evinin qeydiyyata alınması tələbi ilə nota aldığını təsdiqləyib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Rossotrudniçestvo”nun rəhbəri Primakov Bakıda Rusiya mədəniyyət mərkəzinin (Rus Evi) qeydiyyata alınmasının zəruriliyi ilə bağlı Azərbaycandan nota aldığını təsdiqləyib.

O, bu barədə “Rossiya-24” telekanalının efirində məlumat verib.

“Orada deyilir ki, bizim nümayəndəliyimiz, həmçinin “Rus Evi” kimi tanınan Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (RICC) yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir”, – o qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az