Vladivostok idmanının ən qalmaqallı siması Eduard Sandler faciəvi şəkildə həlak olub.
İnterpress.аz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiyanın Vladivostok idman dünyasının tanınmış simalarından biri, basketbol rəsmisi Eduard Sandler 44 yaşında faciəvi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
O, dəniz limanında hidrosikllə (su motosikli) hərəkət edərkən idarəetməni itirərək dambaya və kənardakı qayalıqlara çırpılıb.
Ağır bədən xəsarətləri alan Sandler təcili tibbi yardım briqadası gələnə qədər hadisə yerindəcə keçinib.
Qeyd edək ki, Sandler idman karyerası ərzində “Spartak-Primorye”, “Vostok-65”, “Saxalin” və son illərdə “Dinamo” (Vladivostok) basketbol klublarına rəhbərlik edib.
Mərhum idman rəsmisi Rusiya mətbuatında tez-tez səs-küylü və aqressiv qalmaqalları ilə gündəmə gəlirdi.
Ötən il o, futbolçu Anton Muxini döyməkdə, həmçinin ağır xəsarət aldığı üçün komandadan uzaqlaşdırılan gənc “Dinamo” yetirməsini və onun atasını rəsmi şikayət etdikləri üçün ağır qeyri-etik ifadələrlə təhqir etməkdə ittiham olunurdu.
Xuraman Etibarlı
İnterpress.аz






