Rusiya böyük əngəldirbackend

Rusiya böyük əngəldir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Böyük Britaniya ABŞ-la birlikdə Çinin ambisiyalarını zərərsizləşdirməyə çalışır
 
“Rusiya Britaniya üçün kritik təhdiddir”. Bunu Britaniya Baş Qərargah rəisi Nikolas Karter deyib. O, Çinin Britaniya üçün xroniki sistemli çağırış olaraq qaldığını qeyd edib. Karter hər iki ölkənin təkcə yeni silah növləri yaratmadığını, həm də dezinformasiya kampaniyalarından aktiv istifadə etdiklərini bildirib. Britaniyalı general Moskvanın qarşısını almaq üçün Londonun xarici tərəfdaşları ilə müdafiə əməkdaşlığını gücləndirməli olduğunu söyləyib.
 
 Sualımızı cavablandıran siyasi analitik Turab Rzayev “Şərq”ə açıqlamasında bildirib ki, həm dünyada, həm də regionda gərginlik artmaqdadır. Analitik bunun səbəblərinin olduğunu deyib: 
“Qərb, xüsusən ABŞ və Böyük Britaniya Rusiyanın və Çinin qarşısını almağa çalışırlar. Burda əsas hədəf əslində Çindir. Onun böyüyən iqtisadi gücü və artan siyasi ambisiyalarıdır. Çinin qarşısını almaq və onu məğlub etmək üçün onlara mane olan əsas faktor Rusiyadır. Ona görə də onların iki seçimi vardı. Bunlardan biri Rusiyanı öz tərəfinə çəkib Çini mühasirəyə almaq və Çini təkləmək idi. Digəri isə Rusiyanı sıradan çıxarıb daha sonra Çinin üzərinə fokuslanmaq idi. Bəlli olan  odur ki, Rusiyanı Çindən uzaqlaşdırmaq mümkün olmayıb. Ona görə də hazırda Rusiyaya hərbi fəaliyyət artmaqdadır. Britaniya Baş Qərargah rəisi Nikolas Karter  açıqlamasında əsas təhdidin Rusiya olduğunu bildirdi, yəni hazırda ən böyük problem, təhdid məhz Rusiyadır. Belə görünür ki, yaxın günlərdə biz hadisələrin daha da gərginləşməsini müşahidə edəcəyik”.