Rusiya Çindən sülhməramlılarla RAZILAŞIRbackend

Rusiya Çindən sülhməramlılarla RAZILAŞIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Çindən sülhməramlılarla razılaşır.

İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələri bildirib. Mənbələr deyir ki, yekun sülh razılaşması üzrə danışıqlarda irəliləyiş əldə olunarsa, Moskva Ukraynada müvəqqəti atəşkəsə hazır olduğunu bildirib.

Rusiya və Amerika nümayəndələrinin ötən ay Səudiyyə Ərəbistanında keçirilən görüşündə mümkün atəşkəs prinsipləri müzakirə olunub.

“Rusiya sülhməramlı missiyanın parametrlərinin, o cümlədən iştirakçı ölkələrin tərkibinin dəqiq müəyyən edilməsində israrlıdır”, – “Bloomberg” yazır.

Kreml NATO qoşunlarının iştirakını rədd edir, lakin Çin kimi neytral dövlətlərdən sülhməramlıların gətirilməsinə icazə verir.

Xuraman Etibarlı

İnterpress.az