Rusiya Olimpiya Komitəsinin sabiq vitse-prezidenti axtarışa verilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiya Olimpiya Komitəsinin sabiq vitse-prezidenti Əhməd Bilalov dələduzluq işi üzrə axtarışa verilib.
İstintaq orqanları onun barəsində cinayət işi çərçivəsində hüquqi tədbirlərin görülməsinə başlayıb.
Məlumata görə, istintaq Bilalovun saxlanıldığı və ya Rusiyaya ekstradisiya edildiyi andan etibarən iki ay müddətinə qiyabi həbs edilməsi barədə vəsatət qaldırıb.
O, maliyyə fırıldaqlarında və vəsaitlərin mənimsənilməsində ittiham olunur.
Xuraman Etibarlı
İnterpress.az






