Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov Britaniya xüsusi təyinatlılarının Ukrayna hərbi kəşfiyyat qruplarına Rusiya nüvə stansiyalarını təxribat etmək üçün təlim keçdiyini iddia edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Bortnikov Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin təhlükəsizlik və xüsusi təyinatlı qurumları rəhbərlərinin Azərbaycanın paytaxtı Bakıda keçirilən iclasında çıxış edib.
Rusiya kəşfiyyatı FSB-nin avqust ayında Ukrayna təxribat və kəşfiyyat qrupu üzvlərini ələ keçirdiyini xatırladan Bortnikov deyib ki, əməliyyat və istintaq zamanı təxribatçıların təlimi və planların hazırlanmasının xüsusi təyinatlılar tərəfindən həyata keçirildiyi müəyyən edilib.
Qrupun vəzifələrinə hərbi obyektləri, yanacaq, nəqliyyat və kritik infrastruktur obyektlərini sabotaj etmək olduğunu qeyd edən Bortnikov, bu qrupların da xüsusilə Smolensk və Kursk Atom Elektrik Stansiyalarını təxribat etmək planlarının olduğunu bildirib.
Ukraynanın Qərb ölkələrinin səyləri ilə dünyanın müxtəlif ölkələrindən olan terrorçular və muzdlular üçün təlim meydanına çevrildiyini iddia edən Bortnikovun sözlərinə görə, Avropa İttifaqı (Aİ) ölkələrindən Ukrayna silahlı qüvvələri üçün yalnız 17 silahlı təlim düşərgəsi olduğunu müdafiə edib.
Bortnikov deyib: “Qərblilər yaraqlıların Ukrayna münaqişə zonasına doğru hərəkətini fəal şəkildə dəstəkləyirlər. Biz Avropanın 13 özəl hərbi şirkətinin əməkdaşlarının və 9 xarici paramilitar provayder bölməsinin üzvlərinin münaqişələrdə iştirakını qeydə almışıq. 35 ölkədən 794 muzdlu müəyyən edilib”.