Rusiya məni Medvedçuk ilə əvəzləmək istəyirdi.
İnterpress.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski İstanbul razılaşmaları haqqında danışarkən deyib.
O bildirib ki, Rusiya Federasiyası Ukraynanın başına bir rusiyayönlü siyasətçi qoymaq üçün məni Medvedçuk ilə əvəzləmək istəyirdi.
“Bundan başqa, onlar Donbasın Rusiyanın bir hissəsi kimi tanınmasını, rus dilinə rəsmi statusun verilməsini, ona neytral statusun verilməsi üçün Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsini tələb ediblər.
Şərtlərə ordunun 50.000 nəfərə qədər azaldılması və cəbhə xəttindən 20 km məsafədə yerləşən silahların Rusiyaya təhvil verilməsi daxildir.
Mən bu adamları rədd etmişəm”, – Ukrayna prezidenti əlavə edib.
Xuraman Etibarlı
İnterpress.az