Rusiya Sofiyadakı səfirliyini bağlaya bilərbackend

Rusiya Sofiyadakı səfirliyini bağlaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova Rusiya rəhbərliyi qarşısında Sofiyadakı səfirliyin bağlanması məsələsini qaldırmaq niyyətindədir.

İnterpress.az xəbər verir ki, bu barədə rusiyalı diplomatın Bolqarıstan vətəndaşlarına xüsusi müraciətində deyilir.

“Təəssüf ki, Bolqarıstan Xarici İşlər Nazirliyinə etdiyimiz müraciətə məhəl qoyulmadı, bununla bağlı mən dərhal ölkəmin rəhbərliyi qarşısında Rusiyanın Bolqarıstandakı səfirliyinin bağlanması ilə bağlı müraciət etmək niyyətindəyəm ki, bu da istər-istəməz Bolqarıstanın Moskavadakı diplomatik korpusunun da bağlanmasına səbəb olacaq. Bu addımın sonrakı ağır nəticələrinə görə məsuliyyət Kiril Petkov hökumətinin üzərinə düşür”, – Mitrofanova bildirib.