Rusiya Ukrayna ilə müharibə ideyasını qəbuledilməz hesab edir – XİNbackend

Rusiya Ukrayna ilə müharibə ideyasını qəbuledilməz hesab edir – XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz dəfələrlə bəyan etmişik ki, ölkəmiz heç kimə hücum etmək fikrində deyil. Biz hətta xalqlarımız arasında müharibənin başlanması fikrini də qəbuledilməz hesab edirik”.

İnterpress.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Zayçev deyib. O bildirib ki, Rusiya NATO ölkələrinin Ukraynanın daxili işlərinə qarışmayacağına ümid edir.
Diplomat qeyd edib ki, ötən həftə Rusiya ilə Ukrayna arasında ayrı-ayrı ölkələr tərəfindən qızışdırılan münaqişənin süni olduğunu açıq şəkildə göstərdi: “Moskva əmindir ki, Qərbin “köməyi” olmasaydı, Rusiya və Ukrayna arasında münaqişə çoxdan həll olunardı”, deyə Zayçev əlavə edib:

“Ümid edirik ki, Normandiya dördlüyü liderlərinin siyasi məsləhətçilərinin iki həftədən sonra Berlində keçirilməsi planlaşdırılan növbəti görüşündə biz yeddi il ərzində yığılıb qalmış problemlərin həlli yollarını tapa biləcəyik və Donbasın statusunu “ölü nöqtədən” çıxardacayıq”.(azvision.az)