Rusiyalı istifadəçilər “TikTok”un işində problemlərdən şikayətlənirlər.
Bu barədə “İnterfaks” “Roskomnadzor”a istinadən məlumat yayıb.
Qeyd edilib ki, artıq xeyli müraciət daxil olub.
“Digər ölkələrdə də “TikTok”un işində problemlər qeydə alınır”, – məlumatda blidirilib.
“Downdetector” monitorinq platforması vurğulayıb ki, bir çox müştərilər tətbiqin və ya məzmunun yüklənmədiyini qeyd edirlər.