Rusiya və Ermənistan XİN rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblərbackend

Rusiya və Ermənistan XİN rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Ermənistan xarici işlər nazirlərinin müavinləri Mixail Qaluzin və Mnatsakan Safaryan Cənubi Qafqazdakı vəziyyəti və onun inkişaf perspektivlərini müzakirə ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müzakirələr Moskvada XİN-lərarası məsləhətləşmələr çərçivəsində baş tutub.

Tərəflər həmçinin “3+3” regional əməkdaşlıq platforması (Azərbaycan, Ermənistan, Gürcüstan və İran, Rusiya, Türkiyə) formatında region dövlətləri ilə onların qonşuları arasında əməkdaşlığın dərinləşdirilməsi imkanlarını ətraflı müzakirə ediblər.