Rusiya və Ukrayna arasında əsir mübadiləsi BAŞ TUTDUbackend

Rusiya və Ukrayna arasında əsir mübadiləsi BAŞ TUTDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Ukrayna əsirləri 25-25 şərti ilə dəyişdirib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Rusiya və Ukrayna əsir mübadiləsi aparıb, hər tərəf 25 nəfəri qəbul edib.

Bu, 2025-ci ildə ilk mübadilədir. Ukrayna bir həftə əvvəl mübadilələrin sistemli şəkildə aparılacağına dair ilkin razılaşmanın olduğunu açıqlamışdı.

“Hazırda bütün Rusiya hərbçiləri Belarus Respublikası ərazisindədirlər. Orada onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı verilir”, – məlumatda deyilir.

Nazirlik bildirib ki, mübadilə BƏƏ-nin vasitəçiliyi ilə baş tutub.

Xuraman Etibarlı

İnterpress.az