Rusiya XİN artan nüvə təhlükəsi barədə XƏBƏRDARLIQ ETDİbackend

Rusiya XİN artan nüvə təhlükəsi barədə XƏBƏRDARLIQ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi artan nüvə təhlükəsi barədə xəbərdarlıq edib.

İnterpress.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbin dağıdıcı siyasətinin yaratdığı nüvə təhlükəsi səviyyəsinin ciddi şəkildə artacağı ilə bağlı xəbərdarlıq edib.

Onun sözlərinə görə, Vaşinqton və onun NATO müttəfiqlərinin hərəkətləri nüvə gücləri arasında birbaşa hərbi toqquşmaya səbəb ola bilər.

Zaxarova vurğulayıb ki, Rusiya ABŞ və digər NATO ölkələrini artan təhlükə barədə açıq şəkildə məlumatlandırır.

O, Qərb dövlətlərini təxribatçı siyasətlərinin fəlakətli nəticələrini dərk etməyə və Amerika kursu ilə getmək əvəzinə daha diqqətli davranmağa çağırıb.

Xuraman Etibarlı

İnterpress.az