FİFA prezidentindən Rusiya ilə bağlı sensasion bəyanat: Qadağa ləğv edilə bilər
İnterpress.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino məlumat verib.
FİFA rəhbəri beynəlxalq turnirlərdə Rusiya futbol komandalarına qoyulan qadağanın ləğvi məsələsinə baxılmasının vacibliyini bəyan edib. Qurum prezidenti hesab edir ki, Rusiyaya qarşı tətbiq edilən futbol sanksiyaları gözlənilən müsbət nəticəni verməyib.
“Bu qadağa heç nə vermədi, o, yalnız daha çox məyusluq və nifrət doğurdu”, – deyə İnfantino vurğulayıb. Onun sözlərinə görə, təşkilat rusiyalı futbolçuların beynəlxalq yarışlara qayıtması məsələsini ciddi şəkildə müzakirə etməlidir.
Xuraman Etibarlı
İnterpress.az






