Rusiyada 50 miqrant supdan ZƏHƏRLƏNDİ – VİDEObackend

Rusiyada 50 miqrant supdan ZƏHƏRLƏNDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada 50 miqrant şorbadan zəhərlənib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskvanın cənubunda yerləşən hostelin 50 qonağı zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

KİV-in məlumatına görə, zəhərlənənlərin hamısı “Obrucheva 30” yaşayış kompleksinin tikintisində işləyirdilər.

İşçilərə tədarükçü “Yenidem” MMC-dən toyuq supu verilib. İnşaatçılar yataqxanaya qayıdanda qusma və ishal keçirməyə başlayıblar.

Beş nəfər xəstəxanaya yerləşdirilib. Hadisə yerində onlarla təcili yardım maşını işləyir.

Xuraman Etibarlı

İnterpress.az