Tambovda benzin dolu vaqonlar relsdən çıxaraq stansiyaya çırpıləb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Tambov vilayətində yük qatarının iştirakı ilə ciddi nəqliyyat hadisəsi baş verib.
Benzin daşıyan yük qatarının vaqonları relsdən çıxaraq “Koçetovka-2” stansiyasının ərazisinə daxil olub.
Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.
Qəza nəticəsində xəsarət alanlar və ya yanacaq sızmasının olub-olmaması barədə rəsmi məlumat verilməyib.
Hazırda hadisə yerində mütəxəssislər çalışır və qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.

Xuraman Etibarlı
İnterpress.az






