Rusiyada Leninqrad Hərbi Dairəsi komandirinin müavini həbs olunub.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Moskva məhkəməsi Leninqrad Hərbi Dairəsi komandirinin müavini, general-mayor Valeriy Mümincanovu rüşvət almaqda ittiham edərək noyabrın 2-dək həbs edib.
V.Mümincanov təqsirini boynuna almayıb. Cinayət işində, o cümlədən hərbi əməliyyatla bağlı işin sirri olduğu üçün həbs-qətimkan tədbirinə baxılması bağlı qapılar arxasında keçirilib.
Müstəntiqlərin fikrincə, general şirkətlərdən birinə Rusiya Müdafiə Nazirliyi üçün, o cümlədən hərbi əməliyyat iştirakçıları üçün geyim formasının tədarükü üçün sifariş almağa kömək edib və 20 milyon rubldan çox rüşvət alıb.
Xuraman Etibarlı
İnterpress.az