Rusiyada dəhşətli hadisə baş verib – ana diri-diri öz uşağını yemək istəyib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Samarada bir ana dəli olub və “həyatını xilas etmək” üçün kiçik oğlunu diri-diri yeməyə çalışıb.
Ağlını itirən qadın körpənin üzünü dişləyib, iki barmağını kəsib.
Küçədə valideynləri və qan içində uşağı görən qonşular polisə müraciət ediblər. Uşaq götürələrək həkimlərə təhvil verilib. Onun iki barmağının falanqaları olmayıb və üzündə kəsiklər olub.
Həmin gün qadının “bəzi səslər tərəfindən idarə olunduğu” bildirilir.
Şizofreniyadan əziyyət çəkən qadın xəstəxanaya aparılıb və əməliyyat olunub. Çünki o, özünə də xəsarət yetirib. Onu maşına otuzdurarkən bəzi qüvvələr haqqında çığır-bağır salıb.
Valideynlərin nalayiq davranışının səbəbləri müəyyən ediləcək, hər iki valideynə qarşı cinayət işi qaldırılacaq.
Xuraman Etibarlı
İnterpress.az