Rusiyada DİN-nin binasında terror aktının QARŞISI ALINDI – FOTObackend

Rusiyada DİN-nin binasında terror aktının QARŞISI ALINDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Smolenskdə regional Daxili İşlər Nazirliyinin binasında terror aktının qarşısı alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya FTX məlumat yayıb. Bildirilir ki, Smolenskdə regional Daxili İşlər Nazirliyinin binasında terror aktının qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin binasına partlayıcı keçirməyə cəhd edən şəxs həbs zamanı xəsarət alıb, 2 polis isə mərmi zərbələri alıb.

Hadisəni törədənin Tver vilayətindən olan 30 yaşlı Dmitri D. olduğu üzə çıxıb.

O, maşınla ofisə gəlib, daha sonra sənədləri olan qovluq adı altında partlayıcı qurğunu binaya keçirməyə cəhd edib.

Onu da xatırladaq ki, səhər saatlarında Yaroslavl şəhərinin əsas dəmir yolu vağzalında terror aktının qarşısı alınıb. Orada naməlum şəxslər səhər saatlarında stansiyaya gələn qatara partlayıcı quraşdırıblar.

Xuraman Etibarlı

İnterpress.az