Rusiyada əmək miqrantları çatışmazlığı yaranıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Kommersant” hh.ru-nun sorğusunu dərc edib. Sorğuya əsasən, Rusiya şirkətlərinin 53%-i xarici işçi çatışmazlığından xəbər verib.
Ən çox tələb olunan peşələr fəhlələr (53%) və inşaatçılar (35%), eləcə də xidmət və istehsalat işçiləri (müvafiq olaraq 25% və 23%) olaraq qalır.
Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) məlumatları da təsdiqləyir ki, şirkətlərin üçdə ikisi miqrantları işə götürməkdə çətinlik çəkir.
Onların sözlərinə görə, işəgötürənlərin 56%-i miqrantlar arasında lazımi səviyyədə mütəxəssis tapa bilmir, şirkətlərin 36%-i isə onları rus dilini zəif bildiyi üçün işə götürməkdə çətinlik çəkir.
Bundan əlavə, 19% xarici vətəndaşların işə götürülməsinə regional məhdudiyyətlərdən şikayətlənir.
Xuraman Etibarlı
İnterpress.az