Rusiya hökuməti ölkədə həkim çatışmazlığının səbəbini tapıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Tatyana Qolikova bildirib.
O bildirib ki, bunun günahkarı gözəllik salonlarıdır. Tibb fakültəsini bitirənlərin yalnız 75%-i və tibb kollecini bitirənlərin 56%-i öz ixtisası üzrə işləməyə gedir.
Həkimlər dövlət təbabətini tərk edərək özəl klinikalara, orta səviyyəli kadrlar isə fitnes klublarına, gözəllik salonlarına gedirlər.
Hökumət aydınlaşdırıb ki, 2030-cu ilə qədər 496 min orta ixtisas və ali təhsilli tibb işçisinə ehtiyac var.
Xuraman Etibarlı
İnterpress.az