Rusiyada istirahət parkına qumbara atılıb, 5 nəfər yaralanıbbackend

Rusiyada istirahət parkına qumbara atılıb, 5 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Vladimir vilayətinin Aleksandrov rayonunda bir kişinin “Sosenka” istirahət parkında qumbara partlaması nəticəsində 5 nəfər yaralanıb.

İnterpress.az TASS-a istinadən xəbər verir ki, bunu Aleksandrov rayonu administrasiyasının başçısı Anna Kuznetsova bildiriblər.

Yerli KİV bildirib ki, yerli sakinlərdən biri parkda təmizlik işləri aparan fəhlələrlə arasında olan mübahisənin gedişində onlara qumbara atıb.

Məlumata görə, qumbara atmaqda şübhəli bilinən şəxs saxlanılıb, istintaq aparılır.