Rusiyada KADR BÖHRANI: 2 milyon işçiyə EHTİYAC VARbackend

Rusiyada KADR BÖHRANI: 2 milyon işçiyə EHTİYAC VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada zavodlarda 2 milyon işçi çatışmır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 2025-ci ilin ilk yarısında minlərlə müəssisə bağlansa da, ölkədə ciddi kadr böhranı hökm sürür.

Məlumata əsasən, hazırda Rusiya sənayesində təxminən 2 milyon işçi qüvvəsi çatışmır.

Statistikaya görə, bir tərəfdən 2025-ci ilin birinci yarısında Rusiyada 141 min təşkilat fəaliyyətini dayandırıb ki, onların da arasında istehsalat müəssisələri var.

Artım templəri aşağı düşür və bir sıra sənaye sahələrində tənəzzül müşahidə olunur.

Digər tərəfdən isə sənayedə kəskin kadr qıtlığı yaşanır. Mütəxəssislər qeyd edirlər ki, həm idarəçilərə, həm mühəndislərə, həm də sıravi fəhlələrə böyük ehtiyac var.

Proqnozlara görə, bu tendensiya davam edəcək və 2030-cu ilə qədər işçi peşələrinə tələbat daha da artacaq.

Xuraman Etibarlı

İnterpress.az