Moskvada bazarda miqrantlara qarşı reyd keçirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Moskvanın Savyolovski bazarında miqrantlara qarşı reyd keçirilib. OMON əməkdaşları 300-dən çox adamı saxlayıblar.
Hadisə şahidlərinin sözlərinə görə, təhlükəsizlik qüvvələri sənədləri yoxlayır və hərbi xidmət üçün qeydiyyatdan keçməmiş kişiləri axtarır.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarını görəndə bir çox satıcı mallarını ataraq mağazalarından qaçmağa çalışıb.
“Qanunu pozanların hamısı” avtobuslara yığılıb. Bəzilərini miqrasiya mərkəzinə, bəzilərini isə hərbi komissarlığa aparıblar.
Xuraman Etibarlı
İnterpress.az