Rusiyada miqrantlara qarşı yeni SƏRT QƏRARLAR: Müddət 30 günə endirilir, xəstələr dərhal QOVULACAQbackend

Rusiyada miqrantlara qarşı YENİ SƏRT QƏRARLAR: Müddət 30 günə endirilir, xəstələr dərhal QOVULACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada miqrantlara qarşı yeni sərt tədbirlər hazırlanır.

İnterpress.az xəbər verir ki, Rusiya Dövlət Dumasına miqrantlara nəzarətin gücləndirilməsini nəzərdə tutan yeni qanun layihələri paketi təqdim ediləcək.

Məlumata görə, bu barədə Dumanın spikeri Vyaçeslav Volodin bildirib. Yeni qaydalara əsasən, miqrantlar üçün tibbi müayinə müddəti 90 gündən 30 günə endiriləcək.

Layihədə nəzərdə tutulan digər əsas tədbirlər bunlardır:

– Tibb müəssisələri rəylər barədə DİN-ə, infeksiya aşkarlandıqda isə miqrantın operativ deportasiyası üçün “Rospotrebnadzor”a mütləq məlumat verməlidir;

–  Müayinədən yayınanlara cərimə tətbiq olunacaq və ölkədən çıxarıla biləcəklər;

–  Saxta tibbi arayışların hazırlanmasına görə cinayət məsuliyyəti sərtləşdiriləcək.

Xuraman Etibarlı

İnterpress.az